12 Mayıs 2013 Pazar

Ürəkbulanma











Ağır düşüncələrin yüngül qanadlarında,
Uçuram anıların ətrinə qona-qona,
Sezilməz qüvvəsiylə, hey aparıb gətirir,
Hər son bir başlanğıca, hər başlanğıc bir sona...
               *      *      *      *
Ədalət qamçısıyla at çapan yalanların,
Arxasınca yüksələn tozundan iyrənmişəm.
Özünü insan sanıb, leş yalayıb yaşayan,
Bazar milçəklərinin bozundan iyrənmişəm...
           *      *      *      *
Ətrafı dinlədikcə eşşək anqırtıları,
Çaqqalların aslan tək nəriltisi duyulur,
Bu toplumda doğulmaq qara baxtın qarğışı,
Hər gün min faciənin bünövrəsi qoyulur...
               *      *      *      *
Xoşbəxtlik dumanında bayılmağa nə var ki...
Bədbəxtlik alovunda yanmağın öz dadı var,
Pozğun düzənə qarşı qorxmadan baş qaldırıb,
Yenilmiş igidlərin bitməyən inadı var!...

16 Yanvar, 2012. İsveç, Skellefteå.

Hiç yorum yok:

Yorum Gönder